
"İlk gündən dedim, Allahın cəzasına gəldik".
Demokrat.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Bizimləsən" verilişində deyib.
Koronavirusdan danışan aktrisa bunları söyləyib: "Bu verilişdə də nə qədər insanlar gəlirdi, ana balanı, bala anaı atır. EV, var-dövlət üstündə bir-birini qırırlar. Həyat son illər mürəkkəbləşib. İnsanlar bir-birinə böhtan atır, yalan danışırlar. Türkiyədə qasırğa oldu. Amerikada nələr baş verdi.
Allahın qəzəbinə gəldik. Neçə il əvvəl deyirdim ki, bunların sonu gələcək. İndi gəldi".(open.az)