ANS-in 2013-cü ildə koronavirus haqda hazırladığı süjet — VİDEO

MARAQLI 29 iyn 2020, 11:30

Hazırda dünyanı qorxu və təşviş içində saxlayan koronavirusla bağlı Azərbaycan tamaşaçısına hələ 2013-cü ildə məlumat verilib.


BAKU.WS xəbər verir ki, fəaliyyəti dayandırılmış ANS TV-nin "Xəbərçi" proqramı hələ 2013-cü ildə karonavirusla bağlı süjet təqdim edib.


Süjetdə koronavirusun Mers növündən və iki nəfərə yoluxduğundan söhbət gedirdi. Mers növündən əvvəl Sars yayılmışdı. 


Son altı ayda yüz minlərlə insanı öldürən, on milyona yaxın insana yoluxan virus isə koronavirusun mutasiya etmiş versiyası COVİD 19-dur.


Onu da qeyd edək ki, alimlər tez-tez mutasiyaya uğradığı üçün koronavirusla mübarizə aparmağın mümkün olmadığını bildirirlər.

 


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top