Sosial

Rəsul Quliyevin bacısı koronavirusdan vəfat etməyib — AÇIQLAMA

Rəsul Quliyevin bacısı koronavirusdan vəfat etməyib — AÇIQLAMA

“Azərbaycanın sabiq spikeri Rəsul Quliyevin bacısı Ceyran Quliyeva koronavirusdan vəfat etməyib”.

Bunu Pravda.az-a açıqlamasında R.Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

“Ceyran Quliyevanın 80 yaşı vardı. Dünən axşam təzyiqi düşüb. Həkim çağırılıb, sistem qoşulub. Elə həkimin yanındaca vəfat edib. Burada koronavirusa yoluxmadan söhbət gedə bilməz” – A.Şakiroğlu qeyd edib.

Demokrat.az

D
demokrat.az