Gündəm

Abid Şərifov: "Biz nə qazanmışıqsa, Heydər Əliyevin hesabına qazanmışıq"

Abid Şərifov: Biz nə qazanmışıqsa, Heydər Əliyevin hesabına qazanmışıq

"Azərbaycan tarixində Heydər Əliyev kimi ikinci dahi şəxsiyyət olmayıb və bundan sonra da olmayacaq".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanın Baş Nazirinin sabiq müavini Abid Şərifov bildirib.

Uzun illər mərhum Heydər Əliyevlə bir komandada çalışdığını vurğulayan A.Şərifov bundan böyük iftixar hissi keçirdiyini söyləyib:

"Rəhmətlik Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü böyük işləri heç bir lider edə bilməzdi. Heydər Əliyev bir möcüzə idi. Allah o kişiyə rəhmət etsin, qəbri nurla dolsun. Biz nə qazanmışıqsa, Heydər Əliyevin hesabına qazanmışıq. O kişi böyük şəxsiyyət idi. Kaş ki, Allah ondan birini də bu xalq üçün yetirəydi".

Zaur Hacılı Demokrat.az

D
demokrat.az