Gündəm

Mehriban Əliyeva: "Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!"

Mehriban Əliyeva: Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Instagram” səhifəsində paylaşım edib.

Demokrat.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.

Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”.

Demokrat.az

D
demokrat.az