Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, onun bu gün uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Ə.Qasımov 2008-ci ildən Bakı Apelyasiya Məhkəməsinin hakimidir.
O, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin də məhkəmə işinə baxıb.
Allah rəhmət eləsin.


