Siyasət

"Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yolları nəzarətə götürmüşük" — Müdafiə Nazirliyi

Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yolları nəzarətə götürmüşük — Müdafiə Nazirliyi

“Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb”.

Bu fikir Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı bəyanatda əks olunub.

Bəyanatda deyilir:

“Strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir”.

D
demokrat.az