Gündəm

"Məmurlar arxayınlaşmasınlar, həbslər davam edəcək" — Siyavuş Novruzov

Məmurlar arxayınlaşmasınlar, həbslər davam edəcək — Siyavuş Novruzov

Millət vəkili Siyavuş Novruzov icra başçılarının işlərinin araşdırıldığını bildirib.

Demokrat.az xəbər verir ki, saytımıza açıqlama verən S.Novruzov digər başçıların da arxayınlaşmamalı olduğunu diqqətə çatdırıb:

"Təbii ki, araşdırma gedir. Harada ki, dəqiq məlumatlar var onlarla bağlı ölçü götürüləcək. Heç kəs arxayınlaşmasın. Bu uzun proses olacaq. Məmurlar rüşvətə, korrupsiyaya yuvarlanmamalı, xalqa ləyaqətlə xidmət etməlidirlər".(unikal.org)

D
demokrat.az