"Mən “div”əm, Aygün isə “diva”dır" — Elzadan qalmaqallı AÇIQLAMA

ŞOU-BİZNES 03 iyn 2020, 00:12

Əməkdar artist Elza Seyidcahan gündəmi çalxalayacaq açıqlamalar verib.

 

Teleqraf.com xəbər verir ki, ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olan sənətçiyə verilişinin heyəti tərəfindən zərflər təqdim olunub.

 

Elza zərflərdən çıxan sözlərin monitorda fotosu əks olunan hansı sənət nümayəndəsinə aid olduğunu müəyyən etməli idi. İlk zərfdə yazılan “Ən çox hiti olan müğənni” sözləri üçün müğənni Əməkdar artist Ədalət Şükürov və Xalq artisti Aygün Kazımovanın adlarını çəkib.

 

İkinci zərfdəki “Yalançıdır” sözünə isə Seyidcahanın cavabı belə olub: “Monitorda olan müğənnilər arasında həmin yalançı var. Özü də ağ yalançıdır. Amma adını demək istəmirəm. Adı lazım deyil baş hərfi “Y”, yəni yalançı”.

 

Üçüncü zərfi açıb “Diva” sözünü görən Elza kameranın onu yaxından çəkməsini xahiş edərək, fikirlərini belə davam etdirib: “Diva” Aygün Kazımovadır. “Div” də olur, “diva” da. “Diva” div sözündən yaranıb. Mən “div” doğulmuşam. Daha “A”ya ehtiyac yoxdur. Aygün Kazımovanın adı “A” hərfi ilə başladığı üçün “div” sözünün sonuna “A” hərfi gəlib, olub “Diva”.

 

Dördüncü zərfdən çıxan “xəsis” sözünə bəstəkar – müğənni Ramal İsrafilovun adını çəkərək, onu xəsislikdə ittiham edib: “Xəsis Ramal İsrafilovdur. O mənim 3-4 mahnımı oxuyub. Karantin dövründə gəlib “mənə dəyməli idi”. Hardadır onun bazarlıqları? Gəlib qapımı döyüb deməli idi ki, ananız harada yaşayır, gedim ona bazarlıq aparım. Bəs mən sənə 3-4 mahnı hədiyyə etmişəm. Hardasan, ay Ramal?”

 

Reklamlardan sonra E.Seyidcahan R.İsrafilov barədə söylədiyi qalmaqallı və sərt fikirlərini yumuşaltmaq üçün sözlərinə düzəliş edərək “Əslində Ramal xəsis deyil. Sadəcə ona ərkim çatdığından adını çəkdim. Amma monitorda olan həmkarlarım arasında simic, yalançı, süni və saxtakar var. Allaha dua edirəm ki, yatanda yuxuma o girməsin”, - deyərək məsələyə nöqtə qoyub.

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top