Sosial

Daha 120 azərbaycanlı Rusiyadan təxliyə olundu

Daha 120 azərbaycanlı Rusiyadan təxliyə olundu

Bu gün daha 120 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunub.

Demokrat.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.

“Hazırda 120 nəfər Rusiya-Azərbaycan sərhədini keçib. Azərbaycana qayıtmaq istəyənlər yenə də var. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə E.Hüseynov bildirib.(report.az)

D
demokrat.az