Hadisə

Yol qəzasında 2 nəfər ağır yaralandı — FOTO

Yol qəzasında 2 nəfər ağır yaralandı — FOTO

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106 ” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb.

Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də həkim briqadası hadisə yerinə cəlb edilib.

Əlavə məlumat veriləcək.

Demokrat.az

D
demokrat.az