Hadisə

İranda zəlzələ - Ölən və yaralananlar var

İranda zəlzələ - Ölən və yaralananlar var

İranın İraqla sərhədi yaxınlığında 6,1 maqnituda gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, ABŞ-ın Geoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Kirmanşah şəhərinin 87,8 km-də qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində 232 nəfər yaralanıb, 1 nəfər həyatını itirib.

D
demokrat.az