Dünya

Türkiyədə azərbaycanlılar qəzaya düşdü — Ölənlər var

Türkiyədə azərbaycanlılar qəzaya düşdü — Ölənlər var

Türkiyənin Trabzon şəhərinin Of rayonunda ağır yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Of-Çaykara avtomobil yolunda qeydə alınıb.

Azərbaycan vətəndaşı Fariz Farizovun idarə etdiyi avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və yanmağa başlayıb.

Hadisə nəticəsində avtomobildə olan və çay plantasiyasında işləyən 3 azərbaycanlı yanaraq ölüb, sürücü isə yanıq xəsarətləri ilə Of Dövlət Xəstəxanasına çatdırılıb.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

D
demokrat.az