Hay Dat ABŞ Komitəsinin rəhbərləri və Konqres Komitəsinin Ermənistan işləri üzrə həmsədri Frank Palone Azərbaycanın keçirdiyi irimiqyaslı hərbi təlimlərin təhlükəsi ilə əlaqədar ABŞ administrasiyasına və Minsk Qrupu həmsədrlərinə məktub göndərib.
Demokrat.az-ın xəbərinə görə, həmin məktubda hərbi təlimlərin davam edəcəyi təqdirdə yarana biləcək ciddi təhlükələrin olacağı qeyd edilir. Bu səbəbdən, komitənin həmsədri PaloneAzərbaycan Ordusunun yüksək səviyyəli hərbi təlimlərindən özünün anlaşılan narahatlığını ifadə edib.
Komitəisə acizanə şəkildə çıxış yolunu həm ABŞ administrasiyasına, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinə müraciət etməkdə görür.
Qeyd edək ki, separatçı rejimi dəstəkləyən F.Palone dəfələrləQarabağa qanunsuz səfərlər edib.


