Sosial

Bakı meriyası bankın 9 milyon manatını ödəmək istəmir

Bakı meriyası bankın 9 milyon manatını ödəmək istəmir

Bakı şəhərinin İcra Hakimiyyəti tərəfindən yeni parkın tikintisinə dair verilmiş 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, Bank Melli İranın Bakı filialına məxsus 9 milyon 295,963 min manat xalis dəyərində bina sökülüb.

Demokrat.az xəbər verir ki, bu barədə bankın 2019-cu il üzrə audit hesabatında deyilir.

Bu fakt qeyri-ənənəvi ticarət alacağı məbləğinin yaranmasına səbəb olub. Tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər. Buna baxmayaraq, bankın rəhbərliyi inanır ki, onların şərtləri qəbul ediləcək.

Hazırda bank dəymiş zərər üzrə kompensasiya əldə etmək üçün tədbirlər görür. Bu məsələyə 1 saylı Bakı Apelyasiya Məhkəməsində baxılır. Bank binanın sökülmə tarixində xalis qalıq dəyərinə, yəni yığılmış köhnəlmə çıxılmaqla yenidən qiymətləndirilmiş dəyərinə bərabər məbləğin əldə edilməsini iddia edir. Bina 3 iyul 2013-cü il tarixində müstəqil qiymətləndirici şirkət tərəfindən yenidən qiymətləndirilib.

Qiymətləndirilmə üçün istifadə edilmiş əsas əvəzedilmə dəyəri, diskontlaşdırılmış pul axını və bazar dəyəri metodlarının yığımı olub. Binanın qiymətləndirmədən sonrakı ədalətli dəyəri 9,4 milyon manat təşkil edib. Bina ilkin olaraq bankdan alınmış depozitlər üçün “Royal Bank” (lisenziyası ləğv olunub) tərəfindən girov qoyulub. Bu girov dəyərsizləşmə üzrə ehtiyat qarşılığında 2013-cü ildə məhkəmə qərarı ilə bank tərəfindən əldə edilib, binalar və avadanlıqlar kimi tanınmış və ilkin olaraq yenidən qiymətləndirilmiş dəyərdə qiymətləndirilib.

Hal-hazırda iş məhkəmə icraatındadır.

Bank dövlət orqanlarından alınacaq bu məbləğ qarşılığında 9 milyon 295,963 min manat məbləğində dəyərsizləşmə zərərləri üzrə ehtiyat tanıyıb.(index.az)

D
demokrat.az