Sosial

190 manatlıq yardımın ikinci ay üçün ödəmələrinə başlanılır — VİDEO

190 manatlıq yardımın ikinci ay üçün ödəmələrinə başlanılır — VİDEO

190 manatlıq birdəfəlik ödəmənin ikinci ay üçün ödənişlərinin verilməsinə başlanılır. Prosesə sabahdan start veriləcək. Birinci ayın pulunu alan şəxslər sabahdan etibarən ikinci şansdan yararlana biləcəklər.

Sabahdan birdəfəlik ödəmə alanlar ikinci ödəməni də ala biləcəklər.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət məşğulluq xidmətinin mətbuat katibi Əsmər Nəcməddin qızı XəzərXəbər-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq birdəfəlik ödəmə alan şəxslərə bank kartlarının verilməsinə başlanılıb.

Karantin müddətinin uzadılacağı təqdirdə birdəfəlik ödəmənin yenidən verilib-verilməyəcəyi məsələsinə gəldikdə isə Əsmər Nəcməddin qızı qeyd edib ki, Tədbirlər Planında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 ay ərzində 190 manatlıq birədəfəlik ödəmə tapşırığı verilib. Ona görə də ödəmə 2 ay üçün nəzərdə tutulub.

Qeyd edək ki, proses aprelin 9-u start götürmüşdü.

​Demokrat.az

D
demokrat.az