Kriminal

Bakıda kişi qaynı tərəfindən bıçaqlandı

Bakıda kişi qaynı tərəfindən bıçaqlandı

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Səttar Bəhlulzadə küçəsində 1986-cı il təvəllüdlü Əliyev Ağarza Baloğlan oğlu qaynı ilə mübahisə zamanı bıçaqlanıb.

O, sağ bud və sağ qolunun kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.(apa.az)

D
demokrat.az