Hadisə

Salyanda faciə: 2 azyaşlı qardaş su arxında boğuldu

Salyanda faciə: 2 azyaşlı qardaş su arxında boğuldu

Salyanda 2 azyaşlı qardaş su arxında boğulub.

Demokrat.az-ın xəbərinə görə, hadisə Salyan rayonunun Peyk kəndi ərazisində qeydə alınıb. Valideyin nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Nahid Rahin oğlu İsmayılov və qardaşı 2017-ci il təvəllüdlü Nail Rahin oğlu İsmayılov evlərinin yaxınlığından keçən su arxına düşərək boğulublar.

Faktla bağlı araşdırma aparılır.(pravda.az)

D
demokrat.az