Ağdaşda adam oğurluğu edən dəstə üzvləri tutuldu

KRİMİNAL 01 may 2020, 10:14

Ağdaş rayonunda adam oğurluğu ilə məşul olan mütəşəkkil dəstənin üzvləri həbs edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ağdaş rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Rizvan Səmədov, Elçin Əliyev və Ruslan Səmədzadə həbs olunublar.


Onların barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) maddəsi ilə ittiham elan edilib.


Məlumata görə, həbs olunan şəxslər rayon ərazisində evlənmək məqsədilə qız qaçırmaqda şübhəli bilinirlər.


Ağdaş rayon polis şöbəsində istintaq gedir.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top