Sosial

Bərbərxanalar və gözəllik salonları bu tarixdən fəaliyyətini BƏRPA EDƏ BİLƏR — AÇIQLAMA

Bərbərxanalar və gözəllik salonları bu tarixdən fəaliyyətini BƏRPA EDƏ BİLƏR — AÇIQLAMA

"Mayın 4-dən sonra vəziyyətə uyğun olaraq addımlar atılacaq və o zaman bərbərlər, gözəllik salonlarının fəaliyyətinə icazə verilə bilər".

Demokrat.az xəbər verir ki, bunu "ölkə.az”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, mayın 4-dən sonra vəziyyətdən asılı olaraq karantin rejiminin daha da yumşaldılması nəzərdə tutulur. "Karantin rejimi mərhələ-mərhələ yumşaldıqca daha çox fəaliyyət sahələrinə icazə veriləcək. Vəziyyət araşdırılacaq və vəziyyətə uyğun addımlar atılacaq. Ondan sonra daha hansı sahələrə veriləcəyi müəyyənləşəcək. Əgər vəziyyət asılı olaraq qərar veriləcək”- baş infeksionist bildirib.(ölkə.az)

D
demokrat.az