Dünya

Daha bir öldürücü epidemiya yayılır — Tanınmış həkimdən XƏBƏRDARLIQ

Daha bir öldürücü epidemiya yayılır — Tanınmış həkimdən XƏBƏRDARLIQ

Rusiyanın tanınmış həkimi və koronavirus üzrə informasiya mərkəzinin rəsmi nümayəndəsi Aleksandr Myasnikov dünyanı “COVİD-19”dan daha dəhşətli və ölümcül epidemiyanı gözlədiyini xəbər edib.

Demokrat.az xəbər verir ki, “Başqa epidemiya da olacaq və bu mütləq baş verəcək. Biz hamımız ölüm nisbəti 30-35% olacaq ciddi bir epidemiyanı gözləyirik”,-deyə Rusiyanın “Layf” kanalı doktor Myasnikovdan sitat gətirib.

Rusiyalı ekspertin sözlərinə görə, hazırkı epidemiya əslində bəşəriyyəti qarşıdan gələn pandemiyalara hazırlamaq üçündür.(musavat.com)

D
demokrat.az