Kriminal

Bakı sakini tanışı tərəfindən bıçaqlandı

Bakı sakini tanışı tərəfindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1988-ci il təvəllüdlü S.Məmmədov mübahisə zəminində tanışı, 1989-cu il təvəllüdlü E.İbrahimovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.(apa.az)

D
demokrat.az