Azərbaycanda qəbir üzərində yasin oxuyan mollanın görüntüsü trendə çevrilib.
Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə mollanın yasin deyil, sözləri başa düşülməyən muğam üslubunda oxuduğu bildirilir. Videonu izləyənlər dini xadimlərdən buna münasibət bildirməsini istəyirlər.
İlahiyyatçılar isə bildirir ki, qəbir üzərinə əlində "Quran" olan şəxs “Cümə surəsi” oxuyur: “Təcvid və qiraət qaydalarına riayət etmədən Qurani-Kərimin "Cümə" surəsini oxuyur. Adətmizə görə qəbir üstündə daha çox Yasin surəsi oxunur”.(unikal.org)


