Gündəm

"Dövlətçilik məsələsində iqtidar-müxalifət ayrı-seçkiliyi etmək olmaz" — Sərdar Cəlaloğlu — AÇIQLAMA

Dövlətçilik məsələsində iqtidar-müxalifət ayrı-seçkiliyi etmək olmaz — Sərdar Cəlaloğlu — AÇIQLAMA

Koronavirusa qarşı mübarizə tədbirləri həyata keçirilməyə başladığı gündən bu günə kimi polislərimiz karantin rejiminin qorunması, pozulma hallarının qarşısının alınması istiqamətində öz həyatını təhlükəyə ataraq, peşə fəaliyyətini məharətlə yerinə yetirirlər. Lakin bəzi qaranlıq qüvvələr sosial şəbəkələrdə saxta, gərginlik yaradacaq, xalqda polisə qarşı nifrət aşılacayaq dezinformasiyalar yaymağa başlayıblar.

Bu kimi təxribatların yayılmasının məqsədi nədir?

Bununla bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun saytımıza açıqlamasını təqdim edirik:

– “Ölkədə müəyyən qruplar var ki, hazırki dönəmdə xaos yaratmaq istəyir. “Evdə qal” çağırışı insanlarda bir qədər psixoloji gərginlik yaradır. Bəzi qüvvələr də bundan məharətlə istifadə edərək həmin xaosu yaratmaq istəyirlər. Son günlər mətbuatdan oxuyuram ki, guya həkimlər insanları öldürmək üçün xüsusi dərmanlar hazırlayıb, polislə evlərə gedir, insanlara həmin dərman vasitəsilə virusu yayır, gah yazırlar ki, Ağcabədidə əhali ayağa qalxıb, polis silahlı müdaxilə edib və s. Bu və bunun kimi yazıların hamısı dezinformasiyadır. Hal-hazırda iki peşə virusla mübarizədə əsaslı fədakarlıq edir.

Burada hökümət də mümkün qədər şəffaflığı təmin etməli, televiziyaları müxalifətin üzünə açmalıdır. Ən azından dövlət televiziyasından müxalifət də çıxışlar etsin ki, insanlar dezinformasiyalara inanmasın. Dövlətçilik məsələsində iqtidar-müxalifət ayrıseçkiliyi etmək olmaz.” – deyə o, bildirib.(konkret.az)

D
demokrat.az