Qazaxıstanın Alma-Atı şəhərinin Mərkəzi şəhər kilinik xəstəxanasının baş həkimi Almaz Cuvaşev tibb işçiləri arasında kütləvi koronavirus yolumasından sonra işindən ayrılıb.
Demokrat.az xəbər verir ki, baş həkim öz istəyi ilə istefa ərizəsi yazıb. Belə ki, xəstəxananın tibb işçiləri arasında 147 yoluxma halı qeydə alınıb.
Hazırda Qazaxıstanda fövqəladə vəziyyət hökm sürür. Bununla bağlı polis reyd keçirir, qaydanı pozan şəxslər həbs və ya cərimə olunurlar.
Xatırladaq ki, Qazaxıstanda 1267 nəfərdə virusa yoluxma, 14 nəfərdə ölüm halı qeydə alınıb.(open.az)


