Sosial

ATV-nin baş redaktoru mətbuat katibi təyin olundu — FOTO

ATV-nin baş redaktoru mətbuat katibi təyin olundu — FOTO

Azad Azərbaycan" televiziya kanalında (ATV) yayımlanan "ATV Səhər" verilişinin baş redaktoru Aytən Əliyeva yeni vəzifəyə təyinat alıb.

Demokrat.az-ın məlumatına görə, A.Əliyeva İcbari Sığorta Bürosuna mətbuat katibi təyin edilib.

Qeyd edək ki, A.Əliyeva 1996-cı ildən televiziya sahəsindədir. İxtisasca jurnalist olan A.Əliyeva fəaliyyətinə Azərbaycan Dövlət Televiziyasının "Gənclik" redaksiyasında başlayıb, daha sonra “İnternews”media qurumunda, "Azad Azərbaycan" televiziyasının "Xəbərlər" departamentində çalışıb. (modern.az)

D
demokrat.az