Siyasət

Deputatlar üçün yeni intizam qaydaları hazırlanır

Deputatlar üçün yeni intizam qaydaları hazırlanır

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində deputatların yeni intizam qaydaları hazırlanır.

Demokrat.az-ın xəbərinə görə, bu barədə həmin komitənin üzvü Erkin Qədirli məlumat verib.

O bildirib ki, bununla bağlı komitədə işçi qrup da yaradılıb:

“Mən də həmin işçi qrupun üzvüyəm. Öz təkliflərimi hazırlayıram və həmin qaydaların sərtləşdirilməsinin tərəfdarıyam. Buraya mövzudan qırağa çıxmaqdan tutmuş, deputatlığa uyğun olmayan işlərə görə intizam tədbirlərin görülməsi aiddir”.

D
demokrat.az