Hadisə

Tofiq Yaqublu barəsində cinayət işi açılır

Tofiq Yaqublu barəsində cinayət işi açılır

Müsavat Partiyasının başqanlığına sabiq namizəd, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu barəsində cinayət işi açılır.

Demokrat.az-ın xəbərinə görə, bu barədə T.Yaqublunun qızı Nigar Həzi məlumat verib.

Bildirilib ki, T.Yaqublu “8-ci kilometr” adlanan bazarın yaxınlığında park edərkən avtomobili vurulub. Hadisədən sonra tərəflər arasında mübahisə yaranıb. Qarşı tərəf şikayətçi olub.

Məsələ Nizami Rayon Polis İdarəsində araşdırılır.(Pravda.az)

D
demokrat.az