Dünya

İspaniyada gün ərzində 400 nəfər koronavirusdan ÖLDÜ

İspaniyada gün ərzində 400 nəfər koronavirusdan ÖLDÜ

İspaniyada koronovirusdan ölənlərin sayı durmadan artır.

Demokrat.az xəbər verir ki, ölkənin statistikası yavaş-yavaş Avropadakı ən çətin epidemioloji vəziyyətin qeydə alındığı qonşu İtaliyanın nəticələrinə yaxınlaşmağa başlayır.

İspaniyada sutka ərzində 400 nəfər koronavirus infeksiyasından ölüb. Bu barədə TASS ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, krallıqda pandemiya başlayandan bu günə qədər ən azı 28 572 xəstəlik hadisəsi qeydə alınıb, onlardan 1720 nəfər ölüb, 2575 xəstə isə sağalıb.

Üstəlik, yoluxma hallarının əksəriyyəti Madridin muxtar icmasında qeydə alınır. Orada cəmi 9,7 min hadisə aşkar edilib.

Xatırladaq ki, bir müddət əvvəl İspaniya yeni tip pnevmoniya hallarının sayına görə İranı qabaqlayıb.(Olke.az)

D
demokrat.az