Rusiya Prezidenti Vladimir Putin “Putinə 20 sual” layihəsi çərçivəsində özünü padşah hesab etmədiyini söyləyib.
Demokrat.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
“Mən hər gün çalışıram, padşahlıq etmirəm. Padşah oturub yuxarıdan aşağı baxaraq deyir: “Əmr verəcəm və hamı yerinə yetirəcək”. Və yalnız şapka geyib güzgüyə baxır. Mən isə hər gün işləyirəm” deyib.
Putin ilk dəfə 2000-ci ildə prezident seçilib, 2004-cü ildə ikinci müddətə təkrar seçilib, 2008-ci ildə namizəd olmayıb.
Daha sonra iki dəfə – 2012 və 2018-ci illərdə seçilib.(Konkret.az)


