Kriminal

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxslə bağlı QƏRAR

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxslə bağlı QƏRAR

Azərbaycanda insan alverində ittiham olunan qadına cinayət işi başlanıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Lətifə Ağayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (insan alveri, eyni əməllər təkrar törədilikdə) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Qeyd olunur ki, Lətifə Ağayeva Azərbaycan vətəndaşı olan bir neçə qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.

Lətifə Ağayeva İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı Lətifə Ağayevanın barəsində həbs qətimklan tədbirinin seçilməsi üçün Nərimanov rayon Məhkəməsinə müraciət edib. Hakim Samir Məmmədovun sədrliyi baş tutan qapalı iclasda qərar elan edilib. Qərara görə, istintaq orqanını təqdimatı rədd edilib və Lətifə Ağayevanın barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bu qərardan narazı qalan istintaq orqanı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını şikayəti təmin edilib və Lətifə Ağayevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az