Hadisə

Vilayət Eyvazov bu zabiti rəis təyin etdi — ƏMR

Vilayət Eyvazov bu zabiti rəis təyin etdi — ƏMR

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Demokrat.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis kapitanı Zaur Əliəkbərov Şəki Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, indiyədək bu vəzifəni polis mayoru Rasim Namazov yerinə yetirib.

O, bir müddət əvvəl Şəki ŞRPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. (Oxu.az)

Demokrat.az

D
demokrat.az