Maraqlı

Deputatdan qəribə təklif: "Koronavirusa görə şam yandırıb balkona çıxaq!"

Deputatdan qəribə təklif: Koronavirusa görə şam yandırıb balkona çıxaq!

"Təklif edirəm ki, Novruz bayramında koronavirusa görə eyni anda şamlar yandırıb balkona çıxsınlar".

Demokrat.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Rəşad Mahmudov deyib. Deputat koronavirusa qarşı mübarizə aparan İtaliya xalqının bu günlərdə necə pozitiv olduğunu da diqqətə çatdırıb.

O bildirib ki, Novruz bayramında eyni anda insanların şamları yandırması ümummilli məsələlərdə həmrəyliyə gətirib çıxarar.(Modern.az)

D
demokrat.az