Koronavirusun sürətlə yayılmasının səbəbi açıqlanıb.
Demokrat.az-ınbaku.ws-ə istinadən məlumatına görə, Ümumdünya Tualetlər Təşkilatının başçısı Cek Sim bildirib ki, COVİD-19-un dünyada sürətlə yayılmasının səbəbi insanların şəxsi gigiyena qaydalarına əməl etməməsidir.
Simin fikrinə görə, koronavirus pandemiyası bitsə, insanlar yenidən mütəmadi olaraq əllərini sabunla yumağı dayandıracaqlar və buna görə də təkrar-təkrar yeni viruslar yaranacaq.
"Mənim fikrimcə, COVID-19 epidemiyasının yayıldığı bu dövr insanlara şəxsi gigiyenanın nə dərəcədə vacib olduğunu öyrətmək üçün əlverişli zamandır. Məsələn, əlləri sabunla yumaq və xəstə olarkən maska taxmaq".
Onun sözlərinə görə, həmçinin insanlara gərəksiz qucaqlaşma, öpüşmə, əl verib görüşmə vərdişlərindən qaçmağı və viruslara açıq yerlərdə - xüsusilə də tualetdə dezinfeksiya tədbirlərinə əməl etməyi təbliğ etmək lazımdır.
Sim bildirir ki, xəstəliklərin 50 faizi pis gigiyena şəraitinə görə yaranır. Həmçinin onun məlumatlarına görə, kişilərin 50 faizi tualetə girdikdən sonra əllərini sabunla yumurlar. Alimlər hesab edir ki, koronavirusun əsas yayılma yolları asqıraq və öskürək, yoluxmuş şəxslə sıx təmasdır.
ÜST koronavirusdan qorunmağın əsas profilaktik yolunu əlləri tez-tez sabunla yumaqda görür. Əllər 20 saniyə ərzində yuyulmalıdır.
Çin respublikasının Sağlamlıq üzrə Milli Komissiyası bəyan edib ki, insanlar virusa nəcis və sidiklə kontakt və ya onların aerozolizasiyası zamanı yoluxa bilərlər. Aerozolizasiyada yoluxmamaq üçün tualetdə yuyunan zaman unitazın qapağını bağlamaq lazımdır.


