Sosial

"Məni kürəyimdən vurdular" — "Məsti-xumar" oynayan müəllimə Xoşqədəmin verilişində (VİDEO)

Məni kürəyimdən vurdular — Məsti-xumar oynayan müəllimə Xoşqədəmin verilişində (VİDEO)

Rəqs etdiyi "Məsti-xumar" mahnısı ilə gündəmə gələn ibtidai sinif müəlliməsi Gülsüm Biləndərli Xəzər TV-də efirə gedən "Səni axtarıram" verilişinin qonağı olub.

Demokrat.az xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızı canlı efirdə müəllimənin müdafiəsinə qalxıb. Gülsüm Biləndərli isə həmkarının onu kürəyindən vurduğunu deyib: "Demək olmaz ki, hamı naxələfdir. Məni kürəyimdən vurdular. Mən deyə bilmərəm ki, insanlara güvənmək olmaz. Mən güvəni aldım. Mən o videonu həmkarıma yollamışdım. Bütün Azərbaycan xalqına, başda da Təhsil Nazirliyinə minnətdarlığımı bildirirəm".

Xoşqədəm Hidayətqızı isə öz övladlarını Gülsüm müəllimənin işlədiyi məktəbə qoyacağını deyib: "Təki belə müəllimlər olsun, fond pulu yığmasın, süpürgə pulu yığmasın, 8 martda gül gözləməsin. Mən belə müəllimələr istəyirəm. Mən sizə bir şey deyim. Siz hansı məktəbdəsinizsə, mən uşaqlarımı o məktəbə qoyacağam. İstəyirəm uşaqlarım o məktəbdə oxusun". (yenisabah.az)

​Demokrat.az

D
demokrat.az