YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial

Mağazalarda "Qara cümə" kampaniyaları: Endirim, yoxsa marketinq hiyləsi? - VİDEO

Mağazalarda Qara cümə kampaniyaları: Endirim, yoxsa marketinq hiyləsi? - VİDEO

İlin sonuna doğru mağazalarda alıcı sıxlığı müşahidə olunur. Vitrinlərdə 50, hətta 70 faizədək endirim elanları diqqət çəkir.

"Black Friday" dövründə başlayan alış-veriş marafonu Yeni il ərəfəsində daha da sürətlənir. Müşahidələr göstərir ki, yanvar və fevral aylarında mağazalarda alıcı fəallığı azalmağa başlayır.

Rəs bunun səbəbi mövsümi amillərdir, yoxsa istehlakçıların dəyişən alış-veriş vərdişləri?

Sosioloq Yusif Nəbiyev Baku TV-yə bildirib ki, ətrafımızdakı insanların mütəmadi alış-veriş etməsi və müxtəlif endirimlərdən yararlanması bizə də təsir göstərir:

"Biz də həmin cəmiyyətin bir hissəsi olduğumuz üçün fürsəti qaçırmamaq, hər hansı endirimdən yararlanmaq istəyirik. Bu meyil istər-istəməz alış-veriş qərarlarımıza təsir göstərir".

Marketoloq Famil Alməmmədov isə qeyd edib ki, yanvar ayında satışların azalmasının əsas səbəblərindən biri insanların dekabr ayında növbəti ay üçün də tələbatlarını əvvəlcədən qarşılamasıdır:

"Şirkətlər də bu azalmanı əvvəlcədən proqnozlaşdırırlar. Buna görə noyabr-dekabr aylarında satışları artırmağa, yanvar-fevral aylarında yaranan geriləməni qismən kompensasiya etməyə çalışırlar. Emosiyalarımızın təsiri altında bəzən ehtiyacımız olmadığı halda da alış-veriş edirik. Məsələn, hansısa tanınmış saç feni brendinin məhsuluna endirim olduğunu görən şəxs evində həmin avadanlıq olsa belə, yenisini ala bilər. Bu isə ehtiyac olmadığı halda əlavə xərcə səbəb olur".

B
Qeyd edilməyib