YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman

"Təxirə salınan tədbir bu il baş tutacaq" - Fərid Qayıbov

Təxirə salınan tədbir bu il baş tutacaq - Fərid Qayıbov

İlin əvvəlində təxirə salınan "SportAccord" tədbiri növbəti il Azərbaycanda keçiriləcək.

Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "ExpoSport Azerbaijan 2026" idman sərgisinin açılış mərasimində bildirib.

Nazir bildirib ki, sözügedən yarış bəzi məsələlərə görə təxirə salınıb: "Hazırda Bakı dünyanın idman paytaxtıdır. Bu mənada, ölkədə irimiqyaslı tədbirlər, dünya və Avropa çempionatları, eləcə də digər turnirlər təşkil olunur. Böyük idman sərgisi olan "SportAccord" da planlaşdırılırdı. Təəssüf ki, bəzi məsələlərə görə həmin tədbir ilin əvvəlində təxirə salındı. Lakin növbəti il yenidən Azərbaycanda baş tutacaq. Buna görə də Bakının dünyanın idman paytaxtı olduğu bu ildə sərgi keçirmək qərarına gəldik".

O, sərginin iki gün davam edəcəyini diqqətə çatdırıb: "Federasiyalar da bu təşəbbüsü maraqla qarşıladılar. Burada idman şirkətləri də təmsil olunur. Əsas məqsəd ölkə idmanının təbliğatıdır. Sevindirici haldır ki, məktəblərdən, o cümlədən özəl təhsil müəssisələrindən çoxlu sayda uşaqlar, universitetlərdən gələnlər, tələbələr, gənclər və ümumilikdə bütün yaş kateqoriyalarından olan insanlar buraya qatılıblar. Tədbir iki gün davam edəcək. Stendlərdə federasiyalar xahiş etdilər ki, növbəti dəfə sərgi daha geniş ölçüdə təşkil olunsun. Son illər ərzində ilk dəfə keçirilirdi və inanıram ki, gələcəkdə bundan da böyük ekspozisiya baş tutacaq".

"Demək olar ki, bütün idman növləri burada uğurla təşkil olunur. Ümumiyyətlə, ölkədə idman dövlət siyasətidir. Bunu ölkə başçısı müəyyənləşdirib və son 30 il ərzində belə bir irəliləyişə nail olunub, bu uğurlar əldə edilib. Çox maraqlı stendlər var idi və federasiyalar fərqlənməyə çalışırdılar. Diqqət çəkən məqamlar olsa da, onları bir-bir qeyd etmək istəmirəm. Yaxşı hal odur ki, qurumlar bir-birinə yaxınlaşırlar. Hazırda hamı bir yerdə çalışır, əldə olunan nəticələr və güc də məhz bu birlikdədir", - nazir qeyd edib.