YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət

Salyanda fermerlər üçün dövlət dəstəyi mexanizmləri açıqlandı — FOTOLAR

Salyanda "Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri" mövzusunda panel müzakirəsi keçirilib.

Demokrat.az xəbər verir ki, tədbir Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə RİH-in inzibati binasında baş tutub.

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Salyanda kənd təsərrüfatının mövcud vəziyyəti, aqrar sektorun rayon iqtisadiyyatındakı rolu, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyəti barədə danışıb. O, dövlət dəstəyi mexanizmləri ilə bağlı fermerlərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə aqrar sahədə tətbiq olunan dövlət dəstəyi mexanizmləri, fermer və sahibkarların bu imkanlar barədə məlumatlandırılması, eləcə də dövlət qurumları ilə istehsalçılar arasında birbaşa ünsiyyətin əhəmiyyətindən söz açıb.

Panel müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumlarının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin və "Unibank" ASC-nin nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı Dövlət Proqramının əsas hədəf və prioritetləri, Aqrar Subsidiya Şurasının yeni qərarları, aqrar sığorta mexanizmləri, toxumçuluq fəaliyyəti, fermer və sahibkarlar üçün güzəştli kredit imkanları barədə fikir mübadiləsi aparılıb.

Sonda iştirakçıların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

1 / 9

Editor
Redaktor