Mərhum bəstəkar Rəşid Behbudovun qızı, Əməkdar artist Rəşidə Behbudova (Rəşidə Rəşid) atasının Bakıda ucaldılan heykəli önündən paylaşım edib.
Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, Amerikada yaşayan R.Rəşid oğlu və gəlini ilə birlikdə Bakıya gəlib. O, ailəsi ilə şəhər gəzintisinə çıxaraq atasının heykəlini və onun adını daşıyan Mahnı Teatrını ziyarət edib.
Rəşidə Behbudova paylaşımında atasının doğum gününü xatırladaraq bu sözləri yazıb:
"Belə dayanmışıq, atamın heykəlinin qarşısında və onun qanı, canı bahasına yaratdığı doğma Mahnı Teatrımın yanında. Dekabrın 14-də, onun doğum günüdür, şaxtalı bir axşamda... Böyük Rəşid Behbudov... Rəşid Behbudov kiçik və onun həyat yoldaşı ilə. Dostlarıma sevgilərlə...".




