Azərbaycanın Xalq artisti Aygün Kazımovanın dünyaşöhrətli amerikalı reper Eminemlə duet hazırladığı iddia olunub.
Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Paylaşımda Aygün Kazımova rusiyalı müğənni Alla Puqaçova ilə müqayisə edilərək Azərbaycanın musiqi səhnəsindəki mövqeyinə eyham vurulub.
Məsələ ilə bağlı oxu.Az-a açıqlamasında Aygün Kazımovanın mətbuat katibi Zəhra Əhmədova məlumatı təkzib edib:
"Xeyr, bu məlumat doğru deyil. Süni intellekt vasitəsilə hazırlanıb".


