YapiKredi Müraciət Forması
Biznes

"Encom Construction" yenə cərimələndi: Bu dəfə Statistika İdarəsi tərəfindən

Encom Construction yenə cərimələndi: Bu dəfə Statistika İdarəsi tərəfindən

Dövlət Statistika Komitəsinin yoxlaması şirkətin cərimələnməsi ilə nəticələndi

"Encom Construction" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yenidən cərimə olunub.

Demokrat.az xəbər verir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsi tərəfindən şirkətdə yoxlama aparılıb.

Məlum olub ki, MMC-nin 2026-ci ilin aylıq olmaqla 12-istehsal-tikinti malların istehsalı və təqdim edilməsi, xidmət göstərilməsi haqqında hesabatı vaxtında təqdim edilməyib.

"Encom Construction" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə protokol tərtib edilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şirkət 300 manat məbləğində cərimə edilib.

Xatırladaq ki, "Encom Construction"ın hesabatlılığında da problemlər üzə çıxıb. Şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.

Buna görə də QSC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə QSC 1500 manat cərimə edilib.

Qeyd edək ki, "Encom Construction" tikinti sahəsində 2009-cu ildən fəaliyyət göstərən iri şirkətlərdən biridir. QSC inzibati binaların, betonolit və metal konstruksiyaların, mikrotunel və mühəndis-kommunikasiya şəbəkələrinin tikintisi üzrə ixtisaslaşıb. Bakı və ətraf ərazilərdə yerləşən üç istehsalat bazası, iki asfalt istehsalı zavodu və bir beton zavodu şirkətin balansındadır. Rəhbəri Akif Əsədovdur. Şirkətin nizamnamə kapitalı cəmi 2 min manatdır, dövlət qarşısında yığılmış vergi borcu isə 28 min manatdır.