YapiKredi Müraciət Forması
Cəmiyyət

Yanacaqdoldurma stansiyalarına operator hazırlanır - 100-lərlə şəxs işlə təmin oluna bilər

Yanacaqdoldurma stansiyalarına operator hazırlanır - 100-lərlə şəxs işlə təmin oluna bilər

"İnsan Resurslarının İdarə Olunması" İctimai Birliyi 2026-cı ildə də işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsinə dəstək məqsədilə peşə hazırlığı kurslarını davam etdirir.

Demokrat.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində vətəndaşlara "yanacaqdoldurma stansiyalarının operatoru" ixtisası üzrə təlimlər keçirilir.

Bildirilib ki, cari ildə təşkil olunan ilk kursu 10 nəfər başa vurub. Həmin şəxslərin yaxın vaxtlarda müvafiq sahədə işlə təmin olunması nəzərdə tutulur.

Layihə çərçivəsində 2026-cı il ərzində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq əsasında yüzlərlə vətəndaşın işlə təmin edilməsi hədəflənir.

Peşə hazırlığı kurslarında iştirak etmək istəyən 18-40 yaş arası kişilər Dövlət Məşğulluq Agentliyinə müraciət edə bilərlər.

Yanacaqdoldurma stansiyalarına operator hazırlanır - 100-lərlə şəxs işlə təmin oluna bilər