Dünya

Koronavirus əleyhinə dərmanın adı açıqlandı

Koronavirus əleyhinə dərmanın adı açıqlandı

Çində koronavirus əleyhinə antivirus dərmanının adı açıqlanıb.

Demokrat.az xəbər verir ki, Çinin Səhiyyə Nazirliyinin açıqlamasında bu həbin "Abidol" olduğu bildirilib. Dərman xlorxinfosfat və ribavirinlə, interferon və ya ritonavirlə birlikdə Covid-19-un ilkin müalicə planının 6-cı versiyasına daxil edilib.

Həkimlər "Abidol"un yüksək səviyyədə antivirus göstəricilərinin olduğunu bildiriblər.

Bundan başqa, analitiklər koronavirusa yoluxanların daha çox 30-69 yaş aralığında olduğunu qeyd ediblər.

Qeyd edək ki, Çində koronavirusdan 2012 nəfər dünyasını dəyişib. 75,3 min nəfər isə virusa yoluxub. (Qafqazinfo)

Demokrat.az

D
demokrat.az