Region

Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı

Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı

Paşinyan 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hədəfləyir.

Demokrat.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu oktyabrın 15-də hökumətin iclası zamanı bildirib.

"Mən 2031-ci ilə qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağı qarşıma məqsəd qoymuşam", – deyə Ermənistanın baş naziri bildirib.

O, bu məqsədə 2031-ci ilə qədər nail olmaq üçün əlindən gələni edəcəyini bir daha vurğulayıb.

Paşinyan sərhədlərin delimitasiyasını və nəqliyyat-kommunikasiya əlaqələrinin blokdan çıxarılmasını da gündəlikdəki prioritet məsələlər sırasına daxil edib.

Alparslan

Editor
Redaktor