Hörmüz boğazında 2500-dən çox konteyner elektronika daşıyan gəmi batıb.
Demokrat.az xəbər verir ki, onların içində "iPhone" yüklü konteynerlər də olub.
Bildiilib ki, Sinqapur bayrağı altında üzən "GFS Pride" gəmisi oktyabrın 14-də dənizdə minaya düşüb.
Gəminin bütün heyət üzvləri təxliyə edilib. Gəminin batmasından sonra yükün bir hissəsi açıq dənizə səpələnib.
Yerli sakinlər qayıqlarla dənizə çıxaraq elektronika və digər məhsullar olan qutuları toplayırlar.


