Maliyyə

Şirkətlər "Expressbank"dan 9 milyondan çox depoziti geri çəkib

Şirkətlər Expressbankdan 9 milyondan çox depoziti geri çəkib

"Expressbank" ASC-nin hüquqi şəxslərdən cəlb etdiyi depozitlərin həcmində azalma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, 2026-cı ilin III rübünün sonuna bankda hüquqi şəxslərin depozitləri ilin əvvəli ilə müqayisədə 9 milyon 472 min manat və ya 18,3% azalaraq 42 milyon 209 min manata düşüb.

Ötən ilin sonunda bu göstərici 51 milyon 681 min manat təşkil edib.

Hesabat dövründə fiziki şəxslərin depozitləri isə 54 milyon 247 min manat və ya 19,7% artaraq 329 milyon 994 min manata çatıb. İlin əvvəlində əhalinin bankdakı depozitləri 275 milyon 747 min manat olub.

Nəticədə, "Expressbank"ın ümumi depozit portfeli ilin əvvəli ilə müqayisədə 60 milyon 775 min manat və ya 19,5% artaraq 372 milyon 203 min manata yüksəlib. Ötən ilin sonunda bu göstərici 311 milyon 428 min manat təşkil edib.

Beləliklə, bankın depozit portfelində artım əsasən fiziki şəxslərin vəsaitləri hesabına təmin olunub. Hüquqi şəxslərin ümumi depozit portfelində payı isə 16,6%-dən 11,3%-ə geriləyib.

2026-cı il sentyabrın 30-na "Expressbank"ın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 58 milyon 707 min manat və ya 8,8% artaraq 725 milyon 447 min manat təşkil edib.

Bankın cəmi öhdəlikləri 54 milyon 165 min manat və ya 10% artaraq 594 milyon 549 min manata, cəmi kapitalı isə 4 milyon 542 min manat və ya 3,6% artaraq 130 milyon 898 min manata çatıb.

Qeyd edək ki, "Expressbank" ASC 1992-ci ildə "Azərnəqliyyatbank" adı ilə təsis edilib, 2010-cu ildən indiki adı ilə fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 112 milyon 545 min manatdır.

Bankın səhmlərinin 48,78%-i "AZENCO Group" MMC-yə, 30,85%-i "Enerqoservis" MMC-yə, 19,99%-i Hafiz Seyidova, 0,38%-i isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsusdur.

B
Qeyd edilməyib