Kriminal

"Roşka"ya hökm oxundu

Roşkaya hökm oxundu

"Roşka" ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Qərara əsasən, R.Süleymanov 3 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı isə onun 5 il müddətinə azadlıqdan məhrum olunmasını tələb etmişdi.

Sosial şəbəkə fenomeni bu ilin yanvar ayında keçirilən əməliyyat zamanı saxlanılmışdı. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. Rövşən Süleymanova satış məqsədi olmadan külli miqdarda narkotik vasitələri qanunsuz əldə etmə və saxlama maddəsi ilə ittiham verilmişdi.

Tiktoker daha əvvəl də inzibati qaydada məsuliyyətə cəlb olunmuşdu.

Editor
Redaktor