Dünya

Tramp: "Putin sülhə Zelenskidən daha meyillidir"

Tramp: Putin sülhə Zelenskidən daha meyillidir

Tramp Putin və Zelenskinin razılaşmaya hazırlığını müqayisə edib və Rusiya ilə Ukrayna arasında razılaşmanın əldə olunmasını təmin edəcəyini vəd edib.

Demokrat.az xəbər verir ki, Tramp Zelenskini Rusiya ilə razılaşmaya daha çox diqqət yetirməyə çağırıb.

ABŞ Prezidenti Donald Tramp Vladimir Putinin Ukrayna ilə bağlı razılaşmada Vladimir Zelenskidən daha çox maraqlı olduğunu bəyan edərək və Moskva ilə Kiyev arasında razılaşmanın əldə olunmasını təmin edəcəyinə söz verib.

O, Ukrayna liderini sadəcə danışıqlarla kifayətlənməyib razılaşma əldə etməyə və Putinlə görüşməyə çağırıb.

Xatırladırıq ki, ötən gün Ohayo ştatına yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verən Tramp Ukrayna prezidentinin razılaşmaya gəlməsi üçün onun yola salınması (istefaya göndərilməsi) zərurətini vurğulaməş və Moskva ilə Kiyev arasında razılaşmanın əldə olunmasını təmin edəcəyini vəd etmişdi.

Alparslan