Region

"Muhteşem Yüzyıl"ın Nigar Kalfasının son görüntüsü - FOTO

Muhteşem Yüzyılın Nigar Kalfasının son görüntüsü - FOTO

Türkiyənin məşhur "Muhteşem Yüzyıl" serialında Nigar Kalfa obrazı ilə tanınan aktrisa Filiz Ahmetin son görüntüsü sosial şəbəkələrdə maraq doğurub.

Türkiyənin sevilən tarixi seriallarından olan "Muhteşem Yüzyıl"da Nigar Kalfa obrazını canlandıran Filiz Ahmet yenidən gündəmə gəlib.

Aktrisanın illər sonrakı görünüşü pərəstişkarlarının diqqətini çəkib. Serialda canlandırdığı obrazla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan Filiz Ahmet uzun müddət keçməsinə baxmayaraq, izləyicilərin yaddaşında qalmağı bacarıb.

Nigar Kalfa obrazı ilə yaddaşlarda qalıb

Filiz Ahmet "Muhteşem Yüzyıl" serialında saray həyatının mühüm personajlarından biri olan Nigar Kalfa obrazını canlandırıb. Aktrisanın xüsusilə Pargalı İbrahim Paşa ilə bağlı süjet xəttindəki performansı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Serialın yayımlandığı dövrdə böyük populyarlıq qazanan Nigar Kalfa obrazı bu gün də "Muhteşem Yüzyıl"ın ən yaddaqalan personajları sırasında yer alır.

Aktrisanın son görüntüsü maraq doğurub

Filiz Ahmetin son görünüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər aktrisanın hazırkı görünüşü ilə serialdakı obrazı arasındakı fərqə diqqət çəkiblər.

Qeyd edək ki, Filiz Ahmet "Muhteşem Yüzyıl"dan başqa, bir sıra televiziya layihələrində də rol alıb. Aktrisa "Elveda Rumeli" serialındakı Zarife obrazı ilə də tamaşaçıların rəğbətini qazanıb.

Muhteşem Yüzyılın Nigar Kalfasının son görüntüsü - FOTO

Muhteşem Yüzyılın Nigar Kalfasının son görüntüsü - FOTO

NE
Nihadə Eyyubova