Xaçmazda 28 yaşlı kişi quduzluqdan ölüb. Hadisə Xudat şəhərində baş verib.
Demokrat.az xəbər verir ki, sahibsiz itin iki nəfəri tutduğunu görən 28 yaşlı Ehtiram Rəsulov onları xilas edib və bu zaman it onu da dişləyib.
Hadisənin 2-3 ay bundan əvvəl baş verdiyi bildirilir.
Müalicədən imtina edən gəncin səhhəti son bir neçə gündə pisləşib və yaxınları tərəfindən Bakıya aparılıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən Ehtiram Rəsulov orada quduzluqdan vəfat edib. (bizim.media)


